Azad Rəhimov: “Ali təhsil müəssisələri tələbə kartlarının əldə olunmasında fəallıq göstərmirlər”

Azad Rəhimov: “Ali təhsil müəssisələri tələbə kartlarının əldə olunmasında fəallıq göstərmirlər”
# 11 dekabr 2012 09:24 (UTC +04:00)

Bunu gənclər və idman naziri Azad Rəhimov APA-ya açıqlamasında deyib.

Nazir bildirib ki, ümumilikdə 190 min tələbə kartının paylanması gözlənilir. A. Rəhimov təəssüflə deyib ki, ali təhsil ocaqları tələbə kartlarının əldə olunmasında fəallıq göstərmirlər: “Bu kartları hazırlamaq üçün şəkillər və siyahı lazımdır. İstərdik ki, ali təhsil müəssisələri bu prosesdə fəal olsunlar. Onlar bunu nə qədər tez təşkil etsələr, tələbə kartları da bir o qədər tez paylanacaq”.

Nazir onu da qeyd edib ki, tələbə kartları dünya ölkələrində olan 80 min obyektdən (dəmir yolları, hotellər, aeroportlar və s.) 5 faizdən 50 faizədək güzəştlə yararlanmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR