Dmitri Medvedev yenidən Rusiya prezidenti olacağını istisna etmir

Dmitri Medvedev yenidən Rusiya prezidenti olacağını istisna etmir
# 26 noyabr 2012 09:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın baş naziri Dmitri Medvedev vətəndaşların dəstəyini qazanarsa, yenidən ölkə prezidentliyi uğrunda mübarizəyə qoşulmasının mümkün ola biləcəyini deyib.

APA-nın xəbərinə görə, bu barədə o, Paris səfəri zamanı AFP və “Figaro” qəzetinə müsahibəsində bildirib.

“Əgər mənim bunun üçün kifayət qədər gücüm olacaqsa və insanlar mənə etibar edəcəklərsə, təbii ki, mən hadisələrin təkrarlanacağını istisna etmirəm. Lakin bu, çoxsaylı amillərdən asılıdır”, - deyə eks-prezident qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə, heç vaxt heç vaxt demək lazım deyil: “Üstəlik, mən bu çaya bir dəfə girmişəm və bu, ikinci dəfə girmək mümkün olan bir çaydır”.

D.Medvedev prezident seçilərsə, baş nazirin kim olacağı barədə suala cavab vermək istəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR