Masallının daha beş yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub

Masallının daha beş yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub
# 08 noyabr 2012 13:25 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Dövlət Bayrağı günü ərəfəsində Masallının daha beş yaşayış məntəqəsinə - Xırmandalı, Ərəb, Hacıtəpə, Təkdam və Köçəkli kəndlərinə təbii qazın verilişi bərpa olunub.

Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimlərdə çıxış edən RİH başçısı Rafil Hüseynov yerli sakinləri Dövlət Bayrağı günü, eləcə də onların evlərinə mavi yanacağın verilməsi münasibətilə təbrik edərək, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, ilkin mərhələdə Xırmandalı kəndində 749, Hacıtəpədə 220, Ərəbdə 164, Köçəklidə 295 və Təkdamda 96 abonent təbii qazdan istifadə edəcək. Bütün abonentlər sayğacla təchiz olunub.

Masallı Rayon Qaz İstismar Sahəsinin rəisi Seyran Şahverdiyev APA-nın yerli bürosuna bildirib ki, hazırda rayonun 75%-i mavi yanacaqla təmin olunub. İlin sonuna kimi Lürən və Pircana kəndlərinə də təbii qaz veriləcək. Hazırda rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 25 244 nəfərə çatıb. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na (2009-2013-cü illər) müvafiq olaraq Masallı rayonunun tam qazlaşdırılması işi növbəti ildə öz həllini tapacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR