Təhsil İdarəsi ilk dəfə olaraq “İntellektə gedən yol” adlı müsabiqə keçirəcək

Təhsil İdarəsi ilk dəfə olaraq “İntellektə gedən yol” adlı müsabiqə keçirəcək
# 10 dekabr 2012 16:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında “İntellektə gedən yol” adlı müsabiqə keçiriləcək. APA-nın xəbərinə görə, Təhsil İdarəsinin tarixində ilk dəfə təşkil olunan bu müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin IV sinif şagirdləri iştirak edə biləcəklər. Müsabiqə 3 mərhələdə baş tutacaq. I mərhələ şagirdlərin seçimi əsasında məktəb rəhbərliyi tərəfindən artıq aparılıb. Şərtlərə əsasən, əgər məktəbdə ibtidailər üzrə sinif sayı 10-a qədər olarsa 1 şagird, 11-30 arası olarsa 2 şagird, 30-dan yuxarı sinif olduğu təqdirdə isə 3 şagird seçilib iştirak üçün təqdim edilməlidir. Həmin iştirakçılar məktəbin yüksək intellektual, geniş dünyagörüşü və mükəmməl bilik səviyyəsinə malik olan IV sinif şagirdləri arasından seçilməlidir. Məktəblərin ən intellektual hesab etdikləri şagirdlər barədə məlumat artıq Təhsil İdarəsinə təqdim olunub.

İkinci mərhələnin dekabr ayının 15–də keçirilməsi nəzərdə tutulub. Bu mərhələnin qalibləri müəyyən edilən qaydada və nüfuzlu mütəxəssislərdən ibarət Təşkilat Komitəsi tərəfindən seçiləcək. Sonuncu-III mərhələnin qalibləri isə Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək və nəticələr barədə hesabat Təhsil İdarəsinin rəhbərliyinə təqdim ediləcək. Tədbirin yekun mərhələsində qaliblər mükafatlandırılır, xüsusi istedadı, intellektual səviyyəsi ilə fərqlənən ilk altı yerdən 1-i birinci, 2-si ikinci, 3-ü üçüncü yerə layiq görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR