“Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilib
# 10 dekabr 2012 14:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Güney Azərbaycanda Milli Hökumətin qurulmasının 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə “Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə tarixçi alimlər, hüquqşünaslar, ictimai-siyasi xadimlər və diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Fərəc Quliyev toplantının əhəmiyyətindən və İranda yaşayan soydaşlarımızın üzləşdiyi hüquq pozuntularından danışıb. O bildirib ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı hələ bitməyib: “Xalqımızın indiyə qədər nail olduğu uğurlar çoxdur və bunun davamlı olacağına inanıram”.

MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli isə çıxışında İranda yaşayan azərbaycanlıların fars rejimi tərəfindən ciddi təzyiqlər məruz qaldığını və bir çox fəalın həbs olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Güney Azərbaycanın Səhlab şəhərində ifadə azadlığına görə 40-a yaxın azərbaycanlı həbs edilib. O, beynəlxalq təşkilatların da artıq Güney Azərbaycanda olan hüquq problemini gündəmə gətirdiyini bildirib.

Tədbirdə digər çıxışlar da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR