«Parabank» istiqraz emissiyasına hazırlaşır

«Parabank» istiqraz emissiyasına hazırlaşır
# 19 dekabr 2012 07:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Parabank» ASC-nin təminatsız sənədsiz adlı faizli istiqrazların emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 6 min ədəd, emissiyanın ümumi həcmi isə 6 mln. manat təşkil edir. Sözügedən qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabrın 1-nə bankın aktivləri 109,335 mln. manat, kredit portfeli 79,872 mln. manat, depozit portfeli 62,864 mln. manat, məcmu kapitalı 16,239 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR