Çexiya Maliyə bir qrup hərbçi göndərib

Çexiya Maliyə bir qrup hərbçi göndərib
# 17 mart 2013 04:20 (UTC +04:00)

Bakı-APA. Çexiya 34 hərbçi daxil olduğu qrupu Maliyə göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Silahlı Qüvvələrin Baş Qəragahın mətbuat katibi Yana Rujiçkova bəyan edib.

Çexiya hərbi kontingenti ilk altı ayı Malinin paytaxtı Bamako şəhərində yerləşən əsas hərbi bazanı qoruyacaq. Çexiya Senatı keçən həftə Maliyə 15 ay müddətinə 50 hərbi təlimatçı göndərməyə qərar verib. “Çexiya hərbçiləri Malidə hərbi bazalarda yerləşəcək, lakin hərbi əməliyyatlarda iştirak etməyəcək”, deyə baş nazir Pyotr Neças parlamentdə çıxışında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR