“The Financial Times”: RWE şirkəti “Nabucco” layihəsindəki səhmlərini OMV şirkətinə sata bilər

“The Financial Times”: RWE şirkəti “Nabucco” layihəsindəki səhmlərini OMV şirkətinə sata bilər
# 03 dekabr 2012 09:59 (UTC +04:00)

APA-nın “The Financial Times”a istinadən xəbərinə görə, qaz kəmərinin səhm paketinin yeni sahibi isə Avstriyanın OMV şirkəti ola bilər.

RWE və OMV hələlik layihə iştirakçılarının dəyişəcəyi ilə bağlı xəbərə şərh verməyiblər. Bu il aprelin ortalarında RWE-nin rəhbəri Yurgen Qrossman isə bəyan edib ki, şirkət “Nabucco” layihəsində iştirakla bağlı öz planını dəyişəcək: “Ən vacib məsələ Xəzər qazının lazımi həcmdə Avropaya çatdırılmasıdır və şirkət üçün bunu başqa qaz kəməri ilə həyata keçirmək daha sərfəlidir. “Nabucco”dan çəkilmək şirkətə kifayət qədər xərcləri azaltmağa imkan verəcək”.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.


İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR