Qazaxıstan Aktau-Bakı-Batumi marşrutu ilə yük daşımalarını artırır

Qazaxıstan Aktau-Bakı-Batumi marşrutu ilə yük daşımalarını artırır
# 11 fevral 2013 09:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Qazaxıstan Aktau-Bakı-Batumi marşrutu ilə yük daşımalarının tranzitini artırmaq niyyətindədir. APA-nın Qazaxıstan KİV-nə istinadən verdiyi məlumata görə, bununla bağlı Qazaxıstanın «Kazmortransflot» Milli Dəniz Gəmiçiliyi Şirkəti ilə Gürcüstanın «Batumi Industrial Holding»i arasında müvafiq əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Aktau-Bakı-Batumi marşrutu ilə yük daşımalarının artırılması ilə bağlı bu ilin yanvarında verdiyi xüsusi tapşırıqla imzalanıb.


Memorandumun icrası çərçivəsində tərəflər Aktau-Bakı-Batumi marşrutu ilə Qazaxıstan ərazisindən və Qara dəniz sahilindən ixrac olunan digər tranzit yüklərin daşınmasının artırılmasına dəstək verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR