Türkan Şoray Türkiyə mətbuatında Azərbaycan səfəri barədə yazıb

Türkan Şoray Türkiyə mətbuatında Azərbaycan səfəri barədə yazıb
# 10 dekabr 2012 10:54 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. “Azərbaycanda üç gün yaşadığım gözəlliklər məni bu yazını yazmağa sövq etdi. “Sinemam və mən” (“Kinom və mən”) adlı kitabımda 1970-ci ildəki Bakı səyahətimdəm söz açaraq, “Qardaş ölkə Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azərbaycanlı qardaş və bacılarımı çox sevirəm. İlk fürsətdə bu ölkəyə gedərək onlarla qucaqlaşmaq istəyirəm” - demişdim. Deməli, nə qədər ürəkdən istəmişəm ki, qarşıma bir anda Azərbaycan səyahəti çıxdı”.

APA-nın məlumatına görə, bu barədə bu yaxınlarda Bakıda qona olan Türkiyənin məşhur kino ulduzu Türkan Şorayın Azərbaycan səfəri ilə əlaqədar “Habertürk” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Aktrisa Azərbaycanda 3 gün unuda bilməyəcəyi anlar yaşadığını deyib: “Azərbaycana getmək xoşbəxtliyi təyyarə qorxusunu yox etdi. İki-üç saata Azərbaycana çatdım. Təyyarənin qapısında gənclər və idman nazirinin müavini İntiqam Babayev və heyət məni çiçəklərlə qarşıladı. İki gün ərzində Azərbaycan türkcəsi ilə olan çox xoş danışıqlara şahid oldum. Qardaş ölkədə sözlə ifadə edə bilməyəcəyim sevgi seli ilə qarşılaşdım. Çaşmışdım. Uşaqlar, gənc qızlar, insanlar gördükləri yerdə, əksəriyyəti də göz yaşlarıyla məni qucaqlayırdılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR