Mahmud Kərimov: “Azərbaycanda terminologiya məsələləri üzrə vahid qaydalar müəyyənləşəcək”

Mahmud Kərimov: “Azərbaycanda terminologiya məsələləri üzrə vahid qaydalar müəyyənləşəcək”
# 14 dekabr 2012 08:36 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, yanvarın ortalarında Komissiyanın ilk iclası keçiriləcək. İclasda Komissiyanın Əsasnaməsi müzakirə ediləcək və vəzifə bölgüsü aparılacaq: “İclasda Azərbaycan dilinin inkişafı və terminologiya ilə bağlı problemlər, onların həlli yolları müzakirə ediləcək. Terminologiya Komissiyasının yaranmasına böyük zərurət vardı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dilinin inkişafına xüsusi diqqət verilir. Dilin inkişafına uyğun da terminologiya yaranmalıdır. Dünyada çıxan yeni terminlər necə, hansı formada qəbul olunmalıdır? Müxtəlif təkliflər, fikirlər var. Ümumiyyətlə, bu iş təkmilləşməli və müzakirə olunmalıdır. Azərbaycanda terminologiya işi vahid prinsiplər əsasında qurulmalıdır”.

M. Kərimov deyib ki, hazırda ölkədə terminologiya sahəsində vəziyyət qənaətbəxş deyil. Bu prinsiplər Komissiyanın iclaslarında müzakirə olunaraq qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR