Argentinanın Azərbaycandakı səfiri: “Ölkələrimizin bir-birini dərindən tanımasına ehtiyac var”

Argentinanın Azərbaycandakı səfiri: “Ölkələrimizin bir-birini dərindən tanımasına ehtiyac var”
# 24 dekabr 2012 07:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA . “2012-ci ildə Argentina ilə rəsmi səfərlər mübadiləsinin həcminə görə Azərbaycan sadəcə Braziliya qabaqlayır. Braziliyanın bizim ölkənin ən güclü ticarət və siyasi müttəfiqlərimizdən biri olduğunu nəzərə alsaq, bu, çox yüksək bir göstəricidir. Azərbaycan və Argentina arasında ikitərəfli əlaqələr ticarət sektorda çox güclü inkişaf edib və dərinləşib”. Bu açıqlamanı APA-ya Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Alberto Villaverde (Alberto F. Alonso Villaverde) verib.

O qeyd edib ki Azərbaycan-Argentina əlaqələri sadəcə ticarət sahəsində deyil, digər sektorlarda da möhkəmlənəcək: “Bu il Argentinadan Azərbaycana dörd vacib səfər baş tutub və bütün bu səfərlər hər iki ölkə üçün çox önəmli olub. Bundan başqa 2013-cü ilin mart ayı üçün nüvə enerji sahəsində əməkdaşlığa dair sülh məqsədli görüşlər keçiriləcək”.

A. Villaverde bildirib ki, hər iki ölkənin bir birini daha dərindən tanımağa, hansı sahədə sıxa əlaqələr qura biləcəyini müəyyənləşdirməyə ehtiyac var: “Argentina və Azərbaycan rəqib deyil, bir-birini tamamlayan ölkədirlər. Buna görə də ikitərəfli əlaqələrdə sıx əməkdaşlıq yaratmaq mümkündür ”.

A. Villaverde Ermənistan-Argentina dostluq münasibətlərinin Azərbaycan və Argentina əlaqələrinə mənfi təsir edə bilməyəcəyini vurğulayıb: “Argentina bütün ölkələrlə xalqların dostluğu, konfliktlərin sülh yolu ilə həllinə əsaslanan əlaqələr qurmağa cəhd edir. Sülh tərəfdarı olan bütün ölkələrlə dostluq münasibətləri qurmaq Argentinanın tarixi mövqeyidir. Argentina düşünür ki, Qarabağ münaqişəsinin həll yolunu tapmaq üçün Azərbaycan və Ermənistan sülh danışıqlarını davam etməlidirlər. Çünki elə bir dövrdə yaşayırıq ki, mövcud münaqişələr yalnız sülh yolu ilə həll edilə bilər. Ümumiyyətlə siyasətdə konfliktlərə tərəf qaçmaq olmaz, hər bir problem sülh yolu ilə həll edilə bilər. Bu ən möhkəm, təhlükəsiz və davamlı yoludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR