BMT “İnsan alverinə dair qlobal hesabat - 2012” adlı sənəd yayıb

BMT “İnsan alverinə dair qlobal hesabat - 2012” adlı sənəd yayıb
# 13 dekabr 2012 13:17 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. BMT “İnsan alverinə dair qlobal hesabat - 2012” adlı sənəd yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycanın insan alverinə qarşı qanunvericiliyi BMT-nin müvafiq protokolunda göstərilmiş bütün istismar növlərinə qarşı mübarizəni nəzərdə tutur. Azərbaycanın DİN-in təqdim etdiyi statistik məlumatlara əsasən, 2008-2010-cu illərdə ölkədə insan alveri faktları azalıb. Bu cinayətin əsas qurbanlarını yenə də qadınlar təşkil edir.

Azərbaycanda 2007-ci ildə qadın alverinə dair 89, uşaq alverinə dair 2 fakt aşkarlanıb, 2008-ci ildə bu rəqəm müvafiq olaraq 74 və 4 fakt, 2009-cu ildə 76 və 4 fakt, 2011-ci ildə 31 və 3 fakt təşkil edib.

Bu cinayəti törətdiyinə görə məhkum olunanların əksəriyyətini qadınlar təşkil edir. 2007-ci ildə trafikinqə görə 64, 2008-ci ildə 90, 2009-cu ildə 68, 2010-cu ildə 38 nəfər mühakimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR