Bu ilin 10 ayında icbari avtomobil sığortası üzrə 62 mln. manatdan çox sığorta haqqı toplanıb

Bu ilin 10 ayında icbari avtomobil sığortası üzrə 62 mln. manatdan çox sığorta haqqı toplanıb
# 09 noyabr 2012 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin oktyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsi ilə icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının həcmi 9,2 mln. manat olub.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 88,9 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bunların da 21,6 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Ümumilikdə büronun müvafiq icbari sığorta növü üzrə icazəsi olan iştirakçıları tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 793 minə yaxın sığorta müqaviləsi bağlanılıb ki, bunun da 183,4 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib. Həmin sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 62,4 mln. manata yaxın olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR