Qulu Novruzov: “Dövlət Proqramı çərçivəsində 149 uşaq bioloji ailələrinə verilib”

Qulu Novruzov: “Dövlət Proqramı çərçivəsində 149 uşaq bioloji ailələrinə verilib”
# 10 dekabr 2012 09:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə məlumat verən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, bu yaxınlarda xaricdə təhsil almağa göndərilən tələbələrin hansı sosial qrupa aid olduğu araşdırılıb. Nazir müavininin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, bu tələbələrə dövlətin dəstəyi olmasaydı, xarici ölkələrdə təhsil alan 1800 nəfərdən 95%-i bu istəklərini həyata keçirə bilməzdi.


Q.Novruzov ölkədə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı çərçivəsində görülən işlər barədə də məlumat verib. Onun sözlərinə görə, proqram çərçivəsində bu günə kimi 149 uşaq bioloji ailələrə verilib: “Son 2 il ərzində 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Bundan əlavə, aparılan psixoloji tədbirlər nəticəsində 112 uşağın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən ailələrə ünvanlı sosial yardımın göstərilməsi nəticəsində 32 nəfərin dövlət uşaq müəssisələrə düşməsinin qarşısı alınıb. Bu sahədə gələcəkdə görüləcək işlər hələki çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR