Əhmədli və Qaraçuxurda yerləşən sürüşmə zonalarında gərginlik yaranıb

Əhmədli və Qaraçuxurda yerləşən sürüşmə zonalarında gərginlik yaranıb
# 22 dekabr 2012 10:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib ki, hazırda Əhmədli qəsəbəsinin Gəncə prospektindəki 65 və 63 saylı binaların yerləşdiyi sürüşmə zonasında gərginlik var və aktivləşmə hiss olunur. Onun sözlərinə görə, digər sürüşmə aktivliyi Qaraçuxur qəsəbəsində müşahidə edilir: “Həmin ərazidə nisbi aktivləşmə var. Amma digər sahələrdə, respublikanın Şamaxı, İsmayıllı, Ağsu rayonlarında aktivlik müşahidə olunmur”.

Bayıl yamacındakı vəziyyətə gəlincə B. Qaralov qeyd edib ki, həmin ərazidə vəziyyət stabildir. Onun sözlərinə görə, keçən il Bayıl yamacında müəyyən tədqiqatlar aparılıb və orada müəyyən bərkitmə işləri görülüb: “Bu tədbirlərin ikinci mərhələsi olaraq həmin ərazidə bərkitmə işləri aparılmalıdır. Hazırda Bayıl yamacında çox cüzi çökmələr var. Lakin bunlar süxurların yuyuculuğu ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR