Bu il Azərbaycanda icbari qaydada 870 minədək avtomobil sığortalanıb

Bu il Azərbaycanda icbari qaydada 870 minədək avtomobil sığortalanıb
# 07 dekabr 2012 08:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin dekabrın 1-nə Azərbaycanda 869 400 avtonəqliyyat vasitələrinin sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyəti üzrə icbari sığorta müqaviləsi bağlanılıb. «APA-Economics»in məlumatına görə, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, bundan 665 500 müqavilə birillik, qalan hissəsi isə 1 aylıq (tranzitlə və ya müvəqqəti Azərbaycanda olanlar) olub: «Bu sığorta növü üzrə məcmu daxilolmalar 68,9 mln. manat təşkil edib ki, sığortanın bu növü üzrə kəskin artım qeydə alınıb».

E.Quliyev onu da bildirib ki, birillik bağlanılan müqavilələr ölkədə Dövlət Yol Polisindən texniki baxışdan keçmiş ümumi avtomobillərin təxminən 80%-ni təşkil edir: «Bu da çox yüksək göstəricidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR