Ağdamda ailə faciəsi baş verib

Ağdamda ailə faciəsi baş verib
# 13 dekabr 2012 20:01 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, zəhərlənərək xəstəxanaya yerləşdirilən qızının yanına getmək üçün tələsən ana yol qəzasında ölüb. Belə ki, bu gün, Ağdamın Əfətli kənd sakini, 1991-ci ildə anadan olmuş Hacıyeva Risalə Suliddin qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bundan xəbər tutan anası Əliyeva Gülşad Abdulla qızı, oğlu Əliyev Firidun Suliddin oğluna məxsus VAZ 2106 markalı minik maşınında qızının ardınca gedərkən Ağdam rayonun Alıbəyli kəndi ərazisində qəzaya düşüb. “Jiquli” qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü Əliyev Firuddin Suliddin oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-nın Travmatologiya şöbəsinə çatdırılıb. Onun sərnişini, anası, 1959-cu il təvəllüdlü Gülşad Əliyeva hadisə yerindəcə keçinib. “Mercedes”in sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR