Moskvanın “Bakı bulvarı” restoranında silahlı insident baş verib, 4 nəfər yaralanıb - VİDEO

Moskvanın “Bakı bulvarı” restoranında silahlı insident baş verib, 4 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 27 may 2015 08:38 (UTC +04:00)

APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, hadisəyə səbəb gənc oğlanın iki kişi və iki qadınla mübahisəsi olub.

Sərxoş olan gənc restoranda atəş açıb, nəticədə mübahisə etdiyi 4 nəfəri yaralayıb.

Lakin bununla münaqişə bitməyib. Hadisə şahidlərinin bildirdiyinə görə, restoranın yerləşdiyi əraziyə avtomobillə qara maskalı şəxslər gəliblər. Onlar avtomatdan ətrafdakı maşınlara atəş açıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR