Bakıda çayxanada qumarxana aşkarlanıb

Bakıda çayxanada qumarxana aşkarlanıb
# 03 dekabr 2012 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda qumarxana aşkar edilib. APA-nın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Şərifovun icarəyə götürdüyü çayxanada "Zenit Bet" adlı qanunsuz totalizator futbol mərc oyunlarını təşkil etməsi müəyyən edilib. Çayxanaya baxış zamanı 11961 manat məbləğində 519 ədəd üzərinə "Zenit Bet" yazılmış kupon qəbzlərinin kötükləri, kupon qəbzlərinin on-line qeydiyyatının aparıldığı 1 ədəd kompyuter, 1 ədəd modem, 1 ədəd printer, 1 ədəd monitor və 16 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR