Ukrayna yığmasına yeni baş məşqçi təyin edilib

Ukrayna yığmasına yeni baş məşqçi təyin edilib
# 26 dekabr 2012 14:18 (UTC +04:00)

Bakı – APA. Ukrayna milli komandasının baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, müəyyən müddətdir boş qalan posta Mixail Fomenko təyin olunub. Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsi bugünkü yığıncağında 2 namizəd arasında seçim edərək 64 yaşlı çalışdırıcıya üstünlük verib. Onun yekdilliklə baş məşqçi seçilməsi digər namizəd isveçli Sven Yoran Eriksonun iclasa gəlməməsi ilə bağlı olub.

Qeyd edək ki, Fomenko bu ilin sentyabrından milli komandalar komitəsinin sədri və UFF-nın məşqçilər şurasının rəhbəri kimi çalışır. O, vaxtilə Kiyev “Dinamo”su, digər Ukrayna təmsilçiləri – MOİK, “Metallist”, “Tavriya”, “Salyut” klublarında, Qvineya yığmasında çalışıb. Fomenkonun təyin olunduğu post sentyabrın sonlarından baş qalmışdı. Həmin vaxt Kiyev “Dinamo”sunu çalışdırmağa razılıq verən Oleq Bloxin yığmadan ayrılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR