Dow Jones indeksi 0,1%, S&P 500 0,03%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,03%, Nasdaq 0,3% yüksəlib
# 11 dekabr 2012 06:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 170 bəndədək, S&P 500 0,03% - 1 419 bəndədək, Nasdaq 0,3% - 2 987 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına Çin üzrə statistika müsbət təsir göstərib. Belə ki, Çində sənaye istehsalının həcmi noyabr ayında illik müqayisədə 10,1%, pərakəndə ticarətin həcmi isə 14,9% artıb.

Avropa fond bazarlarında dekabrın 10-da FTSE 100 indeksi 0,1% - 5 922 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 531 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 612 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 710,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2951 (+0,4%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR