Azərbaycanın Ümumi Tarazlıq Modeli hazırlanıb - YENİLƏNİB - FOTO

Azərbaycanın Ümumi Tarazlıq Modeli hazırlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 13:10 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənilməsi Layihəsi» 2011-ci ilin sonundan etibarən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və «EcoMod» (Global Economic Modeling Network) şirkəti ilə birgə həyata keçirilir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, bir sıra dövlət qurumları və diplomatik nümayəndəliklər, eləcə də ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar barədə məlumat verərək iqtisadi sahədə qarşıya qoyulmuş strateji hədəflərin reallaşdırılmasında Ümumi Tarazlıq Modelinin (AzMod) yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini AzMod-un ölkənin elmi cəhətdən əsaslandırılmış orta və uzunmüddətli iqtisadi inkişaf konsepsiya və strategiyasının, proqram və müxtəlif sahələr üzrə proqnozların hazırlanmasına imkan yaratmaqla bərabər, onların icrası zamanı müxtəlif iqtisadi dəyişikliklərin təsir dərəcələrini müəyyənləşdirilməsini təmin edəcəyini bildirib.

Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin informasiya təminatı və istifadəsinin davamlılığının təmin edilməsi: imkanlar və perspektivlər» mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanda sahəvi və makro səviyyədə iqtisadi təhlildə AzMod-un əhəmiyyətini vurğulayıb, «EcoMod» şirkəti ilə əməkdaşlığın gələcək istiqamətləri və layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib.

«EcoMod» şirkətinin prezidenti Əli Bayar İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə səmərəli əməkdaşlıqdan razılığını bildirərək gələcəkdə bu əlaqələrin daha da genişləndiriləcəyini vurğulayıb, həmçinin AzMod modeli, əhatə etdiyi sektorlar, perspektivləri barədə məlumat verib.

Tədbirdə «EcoMod»un eksperti Suat Şişikin iqtisadi siyasət modelləri barədə məruzə ilə çıxış edib. Həmçinin, tədbir çərçivəsində iştirakçılar üçün treninqlər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR