Bakıda GUAM ölkələri gənc liderlərinin forumu keçirilir - FOTOSESSİYA

Bakıda GUAM ölkələri gənc liderlərinin forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 22 dekabr 2012 08:55 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən forumun məqsədi GUAM ölkələri gənc liderləri arasında əməkdaşlıq əlaqələrinin və mübadilənin gücləndirilməsi, “Şərq Tərəfdaşlığı” proqramında fəal iştirakın təmin olunması, üzv ölkələrin Milli Şuraları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Forumda GUAM ölkələrinin gənc liderləri, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Prpqramının icrasının təmin etmək məqsədilə keçirilir. Forum dekabrın 24-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR