APA TV-nin Yaradıcılıq Şurası yaradılıb

APA TV-nin Yaradıcılıq Şurası yaradılıb
# 10 dekabr 2012 14:53 (UTC +04:00)

APA TV-nin baş direktoru Eldəniz Vəliyevin bildirdiyinə görə, şura televiziyanın yaradıcılıq strategiyasını müəyyənləşdirəcək, yeni layihələrin qəbulu və seçimi ilə məşğul olacaq.

E. Vəliyevin dediyinə görə, bu gün Şuranın ilk iclası keçirilib.

Şuranın tərkibinə televiziyanın baş direktoru Eldəniz Vəliyev, tanınmış jurnalist İlqar Əlfi, APA TV-nin baş direktorunun müşaviri İlqar Rəsul, APA TV-nin baş prodüseri Ülkər Qasımova və “APA Holding”in Direktorlar Şurasının üzvü, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu daxildir.

İ. Əlfi Yaradıcılıq Şurasının sədri seçilib.

E. Vəliyev qeyd edib ki, bu həftədən etibarən TV üçün layihələrin qəbulu ilə bağlı elanlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR