FHN-nin Cənub Regional Mərkəzində bayram tədbiri keçirilib - FOTOSESSİYA

FHN-nin Cənub Regional Mərkəzində bayram tədbiri keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 15 dekabr 2012 21:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində nazirliyin yaranma günü münasibətilə təntənəli bayram mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzi, Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional İdarəsi, Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub dalğıc-axtarış qrupu və Lənkəran xilasetmə məntəqəsi, Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyinin Cənub Regional Şöbəsi əməkdaşlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra bayram toplantısında FHN Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Əşrəf Rəfiyev, Cənub Regional Mərkəzinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi Zaur Hüseynov və digərləri FHN-nin yaranma tarixindən, ötən 7 illik fəaliyyəti dövründə keçdiyi şərəfli inkişaf yolundan söz açıblar.

Çıxışlarda föv­qə­la­də hal­lar sa­hə­sin­də etibar­lı şə­bə­kə­nin ya­ra­dıl­ma­sı, mül­ki mü­da­fiə, əha­li­nin və əra­zi­lə­rin tə­bii və tex­no­gen hal­lar­dan, müm­kün ter­ror ha­di­sə­lə­rin­dən qo­run­ma­sı, yanğın təh­lü­kə­siz­li­yi­nin və su höv­zə­lə­rin­də in­san­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı ilə bağ­lı əha­li­nin təh­lü­kə­siz ya­şa­ma­sı is­ti­qa­mə­tin­də va­cib olan iş­lərin ge­niş miq­yas­da hə­ya­ta ke­çi­ril­diyi, FHN tə­rə­fin­dən ta­be­li­yi­nə ve­ri­lən və ye­ni ya­ra­dı­lan qu­rum­la­rın­da işin da­ha sə­mə­rə­li, ope­ra­tiv və çe­vik ol­ma­sı məqsədilə nor­ma­tiv-hü­qu­qi ba­za­nın möh­kəm­lən­di­ril­diyi, föv­qə­la­də hal­la­rın ida­rəo­lun­ma­sı üz­rə bö­yük təc­rü­bə­yə ma­lik döv­lət­lər­lə in­ten­siv əmək­daş­lıq mü­na­si­bət­lə­rinin qu­rul­ma­sı is­ti­qa­mə­tin­də cid­di ad­dım­ların atıl­dığı dönə-dönə qeyd olunub.

Tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov icra başçısı Taleh Qaraşovun adından regional mərkəzin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR