Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə son bir ildə 15% artıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə son bir ildə 15% artıb
# 24 noyabr 2012 14:02 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 2 351,8 mln. manat təşkil edib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu göstərici 14,7% artıb: «Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş xarici vəsaitin 2 129,7 mln. manatı və ya 90,6%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR