“OneTwoTrip” təsisçiləri ilə bağlı məsələyə aydınlıq gətirib

“OneTwoTrip” təsisçiləri ilə bağlı məsələyə aydınlıq gətirib
# 26 dekabr 2012 13:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, asan və ən əsası, rahat servis bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə aviabilet almağa və dəqiqə ərzində onu almağa imkan verir. Əsası odur ki, bu qiymətlər bazarda ən sərfəli və münasibdirlər: “Bunu bizim saytımıza daxil olmaqla görə bilərsiniz. Bizim müştərilərin və abunəçilərin sayı hər dəqiqə artır və bu fakt bizi sevindirməyə bilməz. Bununla yanaşı, təəssüflə qeyd etməliyik ki, bəzi Azərbaycan KİV-ində şirkət haqqında neqativ fikirlər yerləşdirilir. Şübhəsiz ki, narazılıqların heç bir əsası yoxdur və onların əsas məqsədi Azərbaycan bazarında səyahətçilərə uğurla xidmətlərini təqdim edən şirkət imicini qırmaqdan ibarətdir”.


Son vaxtlar şirkətin səhmdar heyətinin milliyyəti barədə ictimai müzakirələrin halları artıb. Həmçinin belə bir məlumatlar yayılıb ki, guya şirkətin səhmdar heyətinə ermənilər də daxildirlər. “OneTwoTrip” şirkətinin sahibləri Petr Kutis, Dmitri Falkoviç və onun təmsil etdiyi “Phenomen Ventures” investisiya fondu və “Atomico” investisiya fondu, həmçinin “Skype” layihəsinin yaradıcısı Niklas Zennstromdur: “Bildirmək istəyirik ki, biz milli mənsubiyyətə əsaslanan spekulyasiyaları qəbuledilməz sayırıq. “OneTwoTrip” beynəlxalq bir şirkətdir. Onun əsas məqsədi bütün dünyada keyfiyyətli xidmət göstərmək və səyahətçilərin tələblərinin maksimal dərəcədə ödəməkdir.

Həmçinin qeyd etməliyik ki, sərnişinlər və biletlər barədə bütün məlumat PCİ DSS Level 1 beynəlxalq sertifikasiya üzrə kodlaşdırılmış variantda Böyük Britaniyada yerləşən serverlərdə saxlanılır. Bu informasiyaya yalnız sərnişinlər özləri https kodlaşdırılmış protokolu ilə işləyən və PCI Compliance sertifikatı istifadə edən sayt vasitəsi ilə çıxa bilərlər. Şirkətin operatorları sərnişinlərə məsləhətləşmələri yalnız onların şəxsi müraciətindən və onlara tələb olunan məlumatları (ad, soyad, sifarişin nömrəsi və s.) verəndən sonra edə bilərlər. Onu da bildiririk ki, biletlərin satış kanalından asılı olmayaraq, şəxsi məlumat İATA və aviaşirkətlərin daxili reqlamentinə əsasən yalnız aviaşirkətlərin məsul əməkdaşları görə bilərlər. Ümid edirik ki, bu məlumat müzakirə olunan suallar ətrafında vəziyyətə aydınlıq gətirəcək. Öz növbəmizdə biz hüquq-mühafizə orqanlara yalan informasiya ilə bağlı araşdırma və bu yalanların sifarişçilərə qarşı sərt cəzanın tətbiq edilməsi üçün bütün tələb olunan sənədləri təqdim edəcəyik”.

Qeyd edək ki, “OneTwoTrip müntəzəm reysləri və sərnişinlərin aviadaşımasını gerçəkləşdirən və İATA təşkilatına daxil olan aviaşirkətlərin bilet satışları üzrə online xidmətdir. Servis Rusiya, MDB və Avropa ölkələrin bazarında təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR