Kaliforniya ştatında Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib

Kaliforniya ştatında Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib
# 25 fevral 2012 16:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Kaliforniya ştatında Xocalı soyqırımının qurbanları anılıb. Bu barədə APA-ya Kaliforniya ştatında yaşayan soydaşımız, Sərhədsiz Reportyorlar Birliyinin üzvü Əkbər Ləkestani məlumat verib.

O bildirib ki, Kaliforniyada yaşayan azərbaycanlılar ştatın Sakramento şəhərində Xocalı soyqırımını törədənlərə etiraz olaraq aksiya keçiriblər: «Piketi Kaliforniya ştatının rəsmi binası önündə keçirilib. Məqsədimiz Xocalı soyqırımının 20-ci ildönümünü, şəhidlərimizi anmaq, eyni zamanda ABŞ cəmiyyətində əsrin faciəsini tanıtmaq, əhaliyə hadisə ilə bağlı mümkün qədər çox məlumat vermək idi. Bunun üçün aksiyada soyqırımı əks etdirən fotolar da nümayiş olunub. Biz, Azərbaycan əsilli ABŞ vətəndaşları olaraq, Kaliforniya rəsmilərindən Xocalı soyqırımını rəsmən tanımalarını, təcavüzkar Ermənistana göstərilən yardımın dayandırılmasını da tələb etdik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR