Bank Of Baku

Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 11 694,4 min manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 11 694,4 min manatlıq notları yerləşdirilib
# 14 avqust 2008 02:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103219S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 12 202 400 manat təşkil edib. Sifarişlər 99,17% (gəlirlik 10,76%) – 99,30% (gəlirlik 12,59%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,08% (gəlirlik 11,94%), orta ölçülmüş qiyməti isə 99,13% (gəlirlik 11,28%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 582 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 11 694 400 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin sentyabrın 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR