Bank Of Baku

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
# 15 iyul 2026 08:43 (UTC +04:00)

Son sutkada ABŞ, Avropa və Asiya-Sakit okean regionunun aparıcı fond indeksləri əsasən yüksəlişlə ticarət olunub.

APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,02% artaraq 52 508,27 bəndə, S&P 500 0,38% yüksələrək 7 543,59 bəndə, Nasdaq Composite isə 0,90% bahalaşaraq 26 107,01 bəndə çatıb. Yalnız NYSE Composite indeksi 0,21% geriləyib. Kanadanın S&P/TSX Composite indeksi isə 0,19% yüksəlib.

Avropada da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 0,15%, Böyük Britaniyanın FTSE 100 indeksi 0,30%, Almaniyanın DAX indeksi 0,13%, Fransanın CAC 40 indeksi 0,03%, İspaniyanın IBEX 35 indeksi isə 0,11% bahalaşıb.

Asiya-Sakit okean regionunda da əsas indekslər artım nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksi 1,21%, TOPIX 0,82%, Honq-Konqun Hang Seng indeksi 1,46%, Çinin CSI 300 indeksi 0,04%, Avstraliyanın S&P/ASX 200 indeksi 0,20%, MSCI Asia Pacific indeksi isə 0,47% yüksəlib.

Analitiklərə görə, bazar iştirakçılarının risk iştahının artması, şirkətlərin maliyyə nəticələrinə dair nikbin gözləntilər və ABŞ-da faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı müsbət əhval-ruhiyyə qlobal fond bazarlarında alışların üstünlük təşkil etməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR