Bank Of Baku

İlhamə Qədimova: Süni intellekt yanlış subsidiya hallarını aşkar etməyə imkan verir

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

© APA | Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

# 15 iyul 2026 10:51 (UTC +04:00)

Kənd təsərrüfatında tətbiq olunan süni intellekt həlləri əkin sahələrinin avtomatik monitorinqini aparmağa və yanlış subsidiya hallarını aşkar etməyə imkan verir.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda nazirlikdə 33 süni intellekt həlli hazırlanır, onlardan bəziləri artıq istifadəyə verilib.

Nazir müavini bildirib ki, peyk görüntüləri və süni intellekt əsasında əkin sahələrinin avtomatik monitorinqi həyata keçirilir. Bu yanaşma yanlış subsidiya hallarının aşkarlanmasına, dövlət vəsaitindən daha səmərəli istifadəyə və subsidiya prosesinin sürətlənməsinə imkan yaradır.

İ.Qədimova qeyd edib ki, süni intellekt torpaq və iqlim məlumatlarını təhlil edərək fermerlərə hansı bitkinin hansı ərazidə əkilməsinin daha məqsədəuyğun olduğunu, eləcə də vegetasiya dövründə yarana biləcək riskləri əvvəlcədən göstərir. Bu da fermerlərin daha əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir.

Onun sözlərinə görə, rəqəmsal həllər su ehtiyatlarının idarə olunmasında və bitki xəstəliklərinin erkən proqnozlaşdırılmasında da tətbiq edilir. Hazırda bəzi bitkilər üzrə fermerlərə xəstəlik riskləri barədə əvvəlcədən xəbərdarlıqlar göndərilir ki, bu da məhsuldarlıq itkilərinin minimuma endirilməsinə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR