Zakir Həsənov Çexiya müdafiə nazirinin müavini ilə görüşüb

Zakir Həsənov Çexiya müdafiə nazirinin müavini ilə görüşüb
# 28 sentyabr 2016 16:39 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyində müdafiə naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR