İctimai birliyin “Azercell Telekom”a qarşı iddiası təmin olunub

 İctimai birliyin “Azercell Telekom”a qarşı iddiası təmin olunub
# 22 oktyabr 2015 08:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin “Azərcell Telekom” MMC-yə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilib. İddia qismən təmin edilib.

Qeyd edək ki, “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi şirkətdən memarlıq abidəsinin üzərində qurulmuş mobil antena və ona aid qurğuların cavabdehin hesabına sökülməsi və sair tələblərlə iddia ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etmədiyindən qətnamədən apellyasiya şikayəti verilib.

Söhbət Azadlıq prospekti 22 ünvanında yerləşən “Azercell Telekom" MMC-nin antena və ona aid qurğularından gedir. Qeyd olunan ünvanda yerləşən bina Nazirlər Kabinetinin müvafiq sənədi ilə memarlıq abidəsi sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR