Staffan de Mistura: “Suriya üzrə danışıqlarda ultimatumlar irəli sürülməməlidir”

Staffan de Mistura: “Suriya üzrə danışıqlarda ultimatumlar irəli sürülməməlidir”
# 01 fevral 2016 23:55 (UTC +04:00)

Bakı-APA. Cenevrədə baş tutan Suriya üzrə danışıqlarda heç bir tərəf ultimatum irəli sürməməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Məlum olduğu kimi, biz görüşlərdən əvvəl demişdik – müzakirələr əsnasında heç bir ilkin şərtlər, ultimatumlar irəli sürülməməlidir. Bununla belə elə məqamlar mövcuddur ki, onları nəzərə almamaq mümkün deyil”, deyə S.de Mistura bildirib.

Xatırladaq ki, fevralın 1-də Cenevrədə Staffan de Mistura Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin üzvləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR