FIFA Blatter və Platininin cəzalarını azaldıb

FIFA Blatter və Platininin cəzalarını azaldıb
# 24 fevral 2016 19:22 (UTC +04:00)

Bakı-APA. FİFA Apelyasiya Komitəsi aldıqları 8 il cəzaya etiraz edən və bunun endirilməsini tələb edən eks-prezident Yozef Platter və UEFA-nın eks-prezidenti Mişel Platininin müraciətini qəbul edib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumundan verilən açıqlamada hər iki funksioner haqqında verilən 8 il uzaqlaşdırma qərarı 6 ilə endirilib.

Cəzaların 8 oktyabr 2015-ci ildən hesablanacağı xatırlanarkən, Platininin 30 gün içində 80 min, Blatterin isə 50 min İsveçrə frankı ödəməli olduqları qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR