Brüssel aeroportunda özünü partladan digər terrorçunun adı müəyyənləşib

Brüssel aeroportunda özünü partladan digər terrorçunun adı müəyyənləşib
# 23 mart 2016 19:01 (UTC +04:00)

Bakı-APA. Belçika hüquq-mühafizə orqanları Brüssel aeroportunda özünü partladan ikinci terrorçunu müəyyənləşdiriblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2014-ci ildən beynəlxalq axtarışda olan Nəcim Laaşrauidir.

Bildirilir ki, ona məxsus DNT izləri ötən ilin noyabrında Parisdə istifadə edilən partlayıcı maddələrdə aşkarlanıb.

Qeyd edək ki, əvvəl Nəcim Laaşraui terror aktının təşkilatçısı hesab edilirdi. Brüssel hava limanında özünü partladan digər şəxs İbrahim Bakrauidir. Onun qardaşı Xalid isə metroda partlayıcı qurğunu işə salıb.

Martın 22-də Brüsseldə bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR