Samuxda yol qəzası baş verib, yaralı var

Samuxda yol qəzası baş verib, yaralı var
# 14 aprel 2016 20:37 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda sürücünün yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” ilə “KamAZ” markalı avtomobilin toqquşması nəticəsində, “VAZ”-ın sürücüsü, Samux rayonu Qaraarx kənd sakini, 1987-ci il təvəllüdlü Aydın Xəlilov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR