Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 İyun
# 28 iyun 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Ankara Rusiya faktorunu hələ də düzgün dəyərləndirə bilmir. Bu səbəbdən xarici siyasətdə yanlışlıqlar ard-arda davam edir. Ankaranın gözləntiləri münasibətləri əvvəlki səviyyəyə qaytarmaqdır və hesab edir ki, Rusiyanın həm daxildə, həm xaricdə üzləşdiyi problemlər Moskvanı yumşaldacaq. Hesablamanın yanlış olduğunu elə Moskvadan gələn ilk reaksiyalar göstərdi. Rusiyanın əsas ideoloji təbliğat resursları işin üzr istəməklə bitmədiyi barədə fikir formalaşdırır və Ankaranın atmalı olduğu addımları ard-arda sıralayır. Bunlar sırasında təzminat ödənməsindən tutmuş “kürd xalqının demokratik hüquqlarının bərqərar olması” kimi tələblər var. Hələlik bu tələblər qeyri-rəsmi xarakter daşısa da, mənzərəni tam şəkildə ortaya qoyur, Rusiya faktiki olaraq Türkiyəni şantaj edir. Görünən odur ki, hətta illər sonra iki ölkə arasında münasibətlər normallaşsa belə, bu, dövlətlərin qarşılıqlı maraqlarının təmin olunması üzərində qurulan münasibətlər olmayacaq, əksinə tərəflərdən birinin, yəni Rusiyanın diktə etdiyi, maraqlarının daha çox müdafiə olunduğu tərəfdaşlıq olacaq. Səbəb isə eynidir - Türkiyə Rusiya faktorunu oxuya bilmir.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR