Bakıda oğurluq edən qadınlar tutulub

 Bakıda oğurluq edən qadınlar tutulub
# 25 dekabr 2015 09:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Aysel Bəşirovaya məxsus içərisində 132 manat və sənəd olan pul kisəsi oğurlamış həmyerliləri Nərgiz Abdilova və Xatirə Məmmədova tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR