İran Macarıstana nüvə reaktorunu birgə inşa etməyi təklif edib

İran Macarıstana nüvə reaktorunu birgə inşa etməyi təklif edib
# 19 fevral 2016 02:53 (UTC +04:00)

Bakı-APA. İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Macarıstana nüvə reaktorunu birgə inşa etməyi təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Salehi Budapeştdə keçirilən mətbuat konfransında çıxış edib.

“Biz, atom enerjisindən dinc məqsədlər üçün istifadə imkanının genişləndirilməsi daxil olmaqla, bu sazişdən (Tehranla əldə olunan nüvə sazişi) irəli gələn bütün kommersiya və texniki imkanları istifadə etmək niyyətindəyik”, deyə Salehi vurğulayıb.

“Röyters”in məlumatına görə, söhbət 25-100 meqavat gücə malik reaktordan gedir. Macarıstanın məsələ ilə bağlı mövqeyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR