İnstitut direktoru: “Ölkənin bəzi ərazilərində səhralaşma prosesi gedir”

İnstitut direktoru: “Ölkənin bəzi ərazilərində səhralaşma prosesi gedir”
# 03 may 2016 14:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda səhralaşma prosesi sürətlənib və dərəcələri artıb”.

AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya bildirib ki, ölkədə səhralaşmanın müxtəlif dərəcələri - zəif, mülayim, güclü, çox güclü - var. Onun sözlərinə görə, Azərbaycanda səhralaşma sahəsi çox artmasa da, dərəcəsi dəyişib: “Səhralaşmanın dərəcəsi zəifdən mülayimə, mülayimdən güclüyə, güclüdən çox güclüyə keçib. Prosesin daxilində sürətlənmə getdiyindən müəyyən fəsadlar yarada bilər”.

R. Məmmədov qeyd edib ki, Mil-Muğam bölgəsində artıq bunun bariz nümunələri görünməkdədir: “Həmin ərazilərdə əvvəllər bitki örtüyü olan yerlər indi qum səhralardır. Proses Abşeronun bəzi yerlərində özünü göstərib. Yüksək dağlığa qalxdıqda görəcəyik ki, hətta həmin ərazilərdə bitki örtüyü məhv olur, səhralaşma prosesi gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR