Binəqədidə «Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur» mövzusunda konfrans keçirilib

Binəqədidə «Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur» mövzusunda konfrans keçirilib
# 06 may 2016 14:07 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayon İcra Hakimiyyəti (RİH) və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur» mövzusunda elmi-nəzəri konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Nizami Cəfərov «Heydər Əliyev – Azərbaycan ədəbiyyatının hamisi kimi» mövzusunda məruzəsi ilə çıxış edərək, Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

«Heydər Əliyev – Multikulturalizm dəyərlərinin hamisi» mövzusunda çıxış edən Mixail Zabelin Heydər Əliyevin müstəqil Azərbaycan üçün çox böyük siyasi irs qoyduğunu vurğulayıb: "Onun irsi həm multikultural və tolerant dəyərlər, həm də digər istiqamətlərin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda fərqli dinə mənsub insanlara, müxtəlif etnik qruplara dövlət səviyyəsində hər cür şərait yaradılıb”.

Konfransda «Heydər Əliyevin iqtisadi-inkişaf konsepsiyası» mövzusunda çıxış edən Şəmsəddin Hacıyev Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyev faktorunun rolundan danışıb.

Eldar İbrahimov isə «Heydər Əliyevin Aqrar inkişaf konsepsiyası» mövzusunda çıxış edib, onun rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlardan danışıb.

Konfransda daha sonra çıxış edən Milli Məclisin üzvü Elman Nəsirov «Heydər Əliyev – Azərbaycanı beynəlxalq müstəvidə tanıdan şəxsiyyət», Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli məclisin üzvü Azay Quliyev «Heydər Əliyev və vətəndaş cəmiyyəti institutlarının formalaşması» mövzusunda çıxış ediblər.

«Heydər Əliyevin idarəetmə məktəbi» mövzusunda çıxış edən RİH başçısı Xaləddin İsgəndərov Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Bildirib ki, bu gün hər birimiz onun qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edir.

Çıxışlar sona çatdıqdan sonra C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi RİHi başçısının Fəxri Fərmanı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR