Suriyada döyüşməkdə təqsirləndirilənlərin məhkəməsi təxirə salınıb

Suriyada döyüşməkdə təqsirləndirilənlərin məhkəməsi təxirə salınıb
# 12 iyul 2016 10:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

APA-nın məlumatına görə, məhkumlar məhkəməyə gətirilmədiyi üçün proses iyulun 14-nə təxirə salınıb.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir antiterror tədbirləri nəticəsində həbs ediliblər. Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR