Ucarda 10 yaşlı uşaq bıçaq xəsarəti alıb

Ucarda 10 yaşlı uşaq bıçaq xəsarəti alıb
# 28 oktyabr 2015 08:21 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda azyaşlı uşaq bıçaq xəsarəti alıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Məlikballı kənd sakini, 2005-ci il təvəllüdlü Səid Siyavuş oğlu Cavadov bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Onun vəziyyəti stabil qiymətləndirilir.

Ucar Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, S. Cavadov ehtiyatsızlıq nəticəsində bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR