Dağıstanda üç avtomobil toqquşub, 5 nəfər ölüb

Dağıstanda üç avtomobil toqquşub, 5 nəfər ölüb
# 07 aprel 2016 01:54 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Qayakənd rayonunda ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident “Qafqaz” federal magistralda qeydə alınıb.

İki VAZ 21010 və “Toyota Camry” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər hadisə yerində, daha 2 nəfər isə xəstəxanada ölüb.

Hadisənin başvermə səbəbi və təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR