Nazir: "Rublun məzənnəsi hazırkı vəziyyətə adekvatdır"

Nazir: "Rublun məzənnəsi hazırkı vəziyyətə adekvatdır"
# 13 yanvar 2016 10:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya rublunun məzənnəsi hazırkı vəziyyətə adekvatdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu keçirilən Qaydar Forumunda çıxışı zamanı Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Nazir bildirib ki, yaxın vaxtlarda neft daha da ucuzlaşacaq. "Hazırda neft bazarında çox sərt balanslaşdırma gedir. Heç kim istehsalı azaltmır. Çox güman ki, yaxın vaxtlarda biz neftin qiymətinin daha da azalacağını müşahidə edəcəyik".

A. Siluanov əlavə edib ki, Rusiyanın dövlət büdcəsinə yeni strateji dəyişiklik lazımdır. "Dövlət büdcəmizin yeni reallıqlara uyğunlaşdırılması üçün təcili tədbirlər görmək lazımdır", - deyə o qeyd edib.

Nazir Rusiyanın hərbi xərcləri azaltmağı planlaşdırmadığını da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR