Zərdabda 111 yaşlı seçici səs verib

Zərdabda 111 yaşlı seçici səs verib
# 26 sentyabr 2016 15:03 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunun ən yaşlı seçicisi referendumla bağlı keçirilən səsvermədə iştirak edib. APA-nın yerli bürosunun xəbərinə görə, 92 saylı Zərdab-Ucar seçki dairəsinin Zərdab rayonunun Qaravəlli kəndində yaradılan 35 saylı məntəqəsində qeydiyyatda olan 1905-ci il təvəllüdlü Gülüstan Abduləziz qızı Xəlilova səs verib. G. Xəlilovanın səhhətində yaranmış problemlə əlaqədar olaraq daşınan qutu onun yaşadığı ünvana aparılıb.

G. Xəlilovanın 21 ailə üzvü də bu gün keçirilən səsvermədə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR