Koreyada hərbçilərin VI Dünya Oyunlarında iştirak edən azərbaycanlı idmançılar vətənə qayıdıblar - FOTO - VİDEO

Koreyada hərbçilərin VI Dünya Oyunlarında iştirak edən azərbaycanlı idmançılar vətənə qayıdıblar - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2015 12:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanın Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında iştirak etmiş idmançıları bu gün vətənə qayıdıblar.


APA-nın məlumatına görə, həmin idmançılar Azərbaycanı oyunlarda boks, cüdo, güləş və taekvondo növlərində təmsil ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyev bildirib ki, dünyanın 120 ölkəsindən 8100 idmançının qatıldığı yarışda Azərbaycan 15-ci yeri tutub. Onun sözlərinə görə, Azərbaycan idmançıları 2 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıblar: “Yarışların ilk günündə cüdoçularımız komanda şəklində üçüncü yerlə mükafatlandırılıblar. Bütün idmançılarımız çox böyük əzmkarlıq göstərərək, nailiyyətlərə imza atıblar. Rusiya, Braziliya və İran yarışda güclü heyətlə iştirak edirdi. Dünya Hərbi İdman Şurasının Hərbi İdman Oyunlarının əhəmiyyəti böyükdür. Bu baxımdan hesab edirəm ki, biz oyunlarda uğurla çıxış etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR