Dövlət Departamenti: "ABŞ Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını müsbət qiymətləndirir"

Dövlət Departamenti: "ABŞ Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını müsbət qiymətləndirir"
# 13 noyabr 2015 04:32 (UTC +04:00)

Bakı-APA. “ABŞ Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını müsbət qiymətləndirir”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

“ABŞ Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin humanitar əsaslarla ev dustaqlığı ilə əvəz olunması barədə qərarına müsbət addım kimi baxır”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən gün A. Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesi davam etdiriləcək.

Arif Yunus 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Onun barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR